ELM VƏ TƏHSİL


İdman, sağlamlıq, dostluq mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 18 iyun, AZƏRTAC

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhərində fəaliyyət göstərən 45 ümumtəhsil məktəbindən 6-10 və 11-14 yaş kateqoriyaları üzrə müsabiqəyə buraxılan 159 rəsm işindən 6-sı birinci yer, 12-si ikinci yer və 16-sı üçüncü yerə layiq görülüb. Qiymətləndirmə münsiflər heyəti tərəfindən və sosial şəbəkə vasitəsilə aparılıb.

Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Müsabiqə Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə iyulun 20-dən 28-dək nəzərdə tutulan Avropa Gənclərinin 15-ci Yay Olimpiya Festivalı çərçivəsində həyata keçirilib. Müsabiqənin məqsədi Yay Olimpiya Festivalı haqqında məktəbliləri məlumatlandırmaq, olimpiya hərəkatını tanıtmaq, şagirdlərdə tolerantlıq, sülh, həmrəylik, dostluq hisslərini aşılamaq, uşaqların idmanla bağlı maraqlı fikir və düşüncələrini öyrənmək, yaradıcılıq qabiliyyətini və istedadlarını aşkara çıxarmaqdan ibarət olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.