DÜNYA


İdman velosipedi corab toxuyur

Bakı, 30 mart, AZƏRTAC

Yaponiyanın Nara prefekturasında yerləşən “Souki Socks” adlı kiçik corab fabriki idman velosipedində pedal çevirməklə insana öz corablarını toxumağa imkan verən cihaz hazırlayıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, velosiped satışa çıxarılandan bəri turistlərin böyük marağına səbəb olub. Pedalı çevirməzdən əvvəl ziyarətçi corabların ölçüsünü və sapların rəngini seçir. Zavod işçisi ipləri maşına bağlayır, bundan sonra pedalı çevirmək olar.

Bir cüt corab hazırlamaq təxminən 10 dəqiqə çəkir. Ziyarətçi pedal çevirməyi bitirdikdən sonra fabrik işçiləri ayaq barmağını tikir və corabları ütüləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.