İDMAN


İdman yerişi üzrə Avropa kuboku yarışlarında yeni rekordlar qeydə alınıb

Bakı, 22 may, AZƏRTAC

Litvanın Altus şəhərində keçirilən idman yerişi üzrə Avropa kuboku yarışlarında yeni rekordlar qeydə alınıb.

AZƏRTAC Azərbaycan Atletika Federasiyasına istinadla xəbər verir ki, yarışda 50 kilometr məsafəyə qadınların mübarizəsində italiyalı Eleonora Giorgi yeni Avropa rekorduna imza atıb. E.Giorgi 4 saat, 4 saniyə nəticə göstərərək Portuqaliya idmançısı İnes Henriquesin (4 saat, 5 saniyə) rekordunu yeniləyib.

Kişilərin mübarizəsində isə Fransa təmsilçisi Yohan Diniz 50 kilometr məsafəyə yarışda 3 saat 37 saniyə nəticə ilə yeni rekord müəyyənləşdirib. O, bu nəticə ilə Belarus atleti Dimitri Dyubini (3 saat, 45 saniyə) qabaqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.