DÜNYA


İdmançı qızı qarət etmək istəyən oğru peşman oldu

Bakı, 10 yanvar, AZƏRTAC

Qaydasız Döyüş Çempionatının (UFC) ulduzu xanım Polyana Viana Rio-de-Janeyrodakı evinin qarşısında dayanarkən ona oğru yaxınlaşıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, oğrunun əlində yalançı silah olub və o, idmançının telefonunu əlindən almaq istəyib. UFC-nin parlaq ulduzlarından olan P.Viana dərhal oğruya qarşı fənd işlədərək onu yerə yıxıb.

“O mənə yaxınlaşanda onun oğru olduğunu anladım. Mən artıq nə edəcəyimi bilirdim. Onu döyəndə əsəbi deyildim, sakit işimi görürdüm”.

Polyana Viana polis gələnədək oğrunun ayaq üstə durmasına imkan verməyib.

UFC-nin prezidenti Dana Uayt öz ınstagram səhifəsində Polyana Viananın və oğrunun şəklini paylaşaraq yazıb: “Soldakı UFC döyüşçüsü Polyana Viana, sağdakı isə onu qarət etmək istəyən oğrudur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.