İDMAN


İdmançılarımız Hindistanda şahmat festivalına qələbə ilə start veriblər

Bakı, 23 may, AZƏRTAC

Hindistanda 13-cü şahmat festivalında birinci turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışın güclü A kateqoriyalı yarışında mübarizə aparan Azərbaycan şahmatçıları Azər Mirzəyev və Xatun Bağırova turnirə qələbə ilə start veriblər. Hər iki şahmatçımız aktivinə 1 xal yazdırıb. On turdan ibarət olan yarışda 30-u qrosmeyster olmaqla, 114 şahmatçı iştirak edir.

Festival mayın 29-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.