CƏMİYYƏT
“İdmançıların hüquq və vəzifələri” mövzusunda onlayn seminar keçirilib
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “İdmançıların hüquq və vəzifələri” mövzusunda onlayn seminar keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, seminarda Birliyin sədri Miraqil Seyidzadə Gənclər və İdman Nazirliyinin yaranması, Azərbaycanda idmanın inkişafı, idmançıların hüquqları və digər məsələlər haqqında məlumat verib.
Beynəlxalq İdman Hüquqşünasları Təşkilatının (ISLA) üzvü, idman hüquqşünası Fərid Haqverdiyev seminarda Azərbaycan Respublikasının Konstitusiyasına və Olimpiya Bəyannaməsinə əsasən, idmançıların hüquq və vəzifələrindən bəhs edib. O bildirib ki, idmançılar dopinq və manipulyasiya ilə mübarizə aparmalı, idmanda ədalət və sağlam rəqabət prinsiplərinə riayət etməlidir.
Sonda könüllüləri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]