REGİONLAR
İdmançıların muzey gəzintisi təşkil olunub
Naxçıvan, 20 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyaları üçün təşkil olunan ənənəvi ekskursiyalar davam etdirilir.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, federasiya nümayəndələri, məşqçi və idmançıların növbəti istiqaməti Naxçıvan şəhərində yerləşən tarixi-mədəni və iqtisadi əhəmiyyətli məkanlar olub.
Qrafikə uyğun olaraq, gəzintidə Atletika, Basketbol, Voleybol və Futbol federasiyalarının təmsilçiləri iştirak ediblər. Atletlər Heydər Əliyev Muzeyində, basketbolçular Dövlət Bayrağı Muzeyində, voleybolçular Naxçıvan Dövlət Tarix Muzeyində, futbolçular isə Naxçıvan Biznes Mərkəzində olublar. Ekskursiyalar zamanı iştirakçılar bələdçilər tərəfindən məlumatlandırılıblar.