İDMAN


İdmançımız Ukraynada keçirilən çimərlik güləşi üzrə dünya seriyasında çempion olub

Bakı, 11 avqust, AZƏRTAC 

Avqustun 10-da Ukraynanın Odessa şəhərində çimərlik güləşi üzrə dünya seriyasının növbəti mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışdakı yeganə təmsilçimiz Oyan Nəzəriani (90 kq-dan yuxarı) keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq çempion olub. Güləşçimiz əvvəlcə qrup mərhələsində ukraynalı rəqiblərinə - İvan Malin (3:0) və Roman Dovqalyuka (3:1) qalib gəlib. Yarımfinalda digər qrupun birincisi olmuş Məhəmməd Zəkəriyevi (Ukrayna) 3:0 hesabı ilə məğlub edən O.Nəzəriani finalda yenidən R.Dovqalyukla üz-üzə gəlib. Bu dəfə minimal hesablı qələbə idmançımızın çempion olması üçün kifayət edib.

Qeyd edək ki, bu uğur güləşçimizə 10 min reytinq xalı qazandırıb. Bununla da güləşçimizin xal ehtiyatı 28 minə çatıb və öz çəkisində reytinqdə liderliyini bir qədər də möhkəmləndirib. Dünya seriyasının sonuncu - final mərhələsi sentyabrın 7-8-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək və bu yarışda çempionlar 30 min reytinq xalı qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.