İDMAN
İdmançımız beşinci ağır atletika çempionatında gümüş medal qazanıb
Bakı, 13 dekabr, AZƏRTAC
Misirin paytaxtı Qahirədə İslam Həmrəyliyi İdman Federasiyasının beşinci ağır atletika çempionatında Azərbaycan idmançısı gümüş medal qazanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatda 102 kiloqram çəki dərəcəsində ölkəmizi Əliş Nəzərov təmsil edib. O, 309 kiloqram (142+167) nəticə ilə gümüş medala sahib çıxıb.
Azərbaycanı təmsil etmək üçün daha iki atletimiz də körpücük üzərinə çıxıb. 96 kiloqram çəki dərəcəsində Nailxan Nəbiyev toplam 333 kiloqram (146+187) nəticə ilə 6-cı, Kamran İsmayılov isə 325 kiloqram (145+180) nəticə ilə 8-ci yeri tutub.
Qeyd edək ki, “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə ağır atletika üzrə Azərbaycan yığmasının üç üzvü mübarizə aparıb.
Turnirə dekabrın 14-də yekun vurulacaq.