İDMAN


İdmanda dopinqlə mübarizə haqqında model qanun qəbul edilib

Bakı, 27 noyabr, AZƏRTAC

MDB Parlamentlərarası Assambleyası noyabrın 27-də keçirilən plenar iclasda idmançıların dopinq istifadəsinə qarşı mübarizənin qanuni əsaslarını əks etdirən model qanun qəbul edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təqdim olunan model qanunun məqsədi Ümumdünya Antidopinq Agentliyinin tələblərinə uyğun olaraq idmanda dopinq istifadəsinə qarşı mübarizə və MDB-yə üzv dövlətlərinin milli antidopinq təşkilatlarının fəaliyyətinə yardımın təmin edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.

Sənəddə dopinq preparatlarının istifadəsinə qarşı mübarizə metodları, milli antidopinq təşkilatlarının səlahiyyətləri, cinayətlər və idmanda dopinqlə mübarizə sahəsində qanuni məsuliyyət müəyyənləşdirilib.

Assambleyanın qəbul etdiyi model qanunlar MDB ölkələrinə yerli qanunvericilik üçün model kimi təklif olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.