ELM VƏ TƏHSİL


“İdrak Texnoloji Transfer” şirkəti Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 13 avqust, AZƏRTAC

Avqustun 13-də “İdrak Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor universitetdə aparılan elmi-tədqiqatlar, professor-müəllim heyətinin və tələbələrin hazırladıqları texnoloji həllər və onların sənayedə tətbiqi barədə məlumat verib. O bildirib ki, belə layihələrin əmək bazarına transferi üçün universitet-sənaye iş birliyinin inkişafı prioritet vəzifələrdəndir.

H.Abdullayev rəhbərlik etdiyi şirkətin AzTU ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Daha sonra universitetin tədqiqatçılarının hazırladıqları layihələrə baxış keçirilib.

Qeyd edək ki, yaxın günlərdə AzTU ilə “İdrak Texnoloji Transfer” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.