ELM VƏ TƏHSİL


İdris İsayev: Hər bir ali təhsil müəssisəsi keyfiyyət təminatı ilə bağlı komissiya yaratmalıdır

İdris İsayev: Hər bir ali təhsil müəssisəsi keyfiyyət təminatı ilə bağlı komissiya yaratmalıdır

Bakı, 18 may, AZƏRTAC

Hər bir ali təhsil müəssisəsi keyfiyyət təminatı ilə bağlı müvafiq komissiya yaratmalıdır. Bu komissiyada bütün maraqlı tərəflər təmsil olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” mövzusunda beynəlxalq forumda deyib. Onun sözlərinə görə, həmin komissiyanın özünün strukturu, əsasnaməsi, fəaliyyət planı, iş qrafiki müəyyən edilməlidir: “Bu fəaliyyət planları asan tərtib edilən sənəd deyil. İlk növbədə təhsil müəssisəsinin özünün strateji hədəflərinə, planlarına, fəaliyyət istiqamətlərinə uyğun olaraq tərtib edilməli, onun missiyasına uyğun olmalıdır. Fəaliyyət planının icrası zamanı məsul tərəflər dəqiq şəkildə müəyyən edilməlidir. İlk növbədə monitorinq və hesabatlılıq sistemi olmalıdır.

Təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminə gəldikdə, təhsil müəssisi özünün özünütəhlil hesabatını formalaşdırmalıdır. Özünütəhlil hesabatı zamanı təhsil müəssisəsi müəyyən təhlil və araşdırmalar aparmaqla həmin hesabat göstəriciləri əsasında müəyyən edə bilər ki, qeyd etdiyim müddət ərzində keyfiyyət təminatı sahəsində müəyyən edilmiş siyasəti icra edibmi? Hədəflər reallaşıbmı? İndikatorlarla bu ölçülə bilirmi? Əgər bu qeyd etdiyim prosesləri ali təhsil müəssisəsi daxildə reallaşdıra bilməyəcəksə, onun xarici keyfiyyət təminatı vasitəsilə qiymətləndirilməsi mümkün olmayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.