REGİONLAR


İdris İsayev: Peşə təhsili iqtisadiyyatın ən vacib və əmək bazarına ən yaxın pillələrindən biridir

Cəlilabad, 6 noyabr, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizdə təhsilin bütün pillələrində, o cümlədən peşə təhsili sahəsində də islahatlar həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini İdris İsayev Cəlilabadda olarkən jurnalistlərə müsahibəsində məlumat verib.

Peşə təhsilinin iqtisadiyyatın ən vacib, əmək bazarına ən yaxın pillələrindən biri olduğunu vurğulayan Təhsil nazirinin müavini islahatların qəbul edilmiş strategiyaya uyğun həyata keçirildiyini bildirib: “Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş strateji yol xəritələrindən biri Azərbaycanda peşə təhsili və təlimi ilə bağlıdır. Həmin strategiyada hədəflər dəqiq müəyyən edilib. Bu hədəflər məqsədli proqramların hazırlanması, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi və əmək bazarı ilə peşə təhsili sisteminin sıx inteqrasiyası əsasında fəaliyyətini nəzərdə tutur”.

Bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edən İ.İsayev pilot təhsil müəssisələrinin formalaşdırıldığını, investisiya proqramlarında yeni peşə təhsili müəssisələrinin yaradılmasının nəzərdə tutulduğunu söyləyib: “Bakıda bir neçə peşə təhsili müəssisəsinin layihələndirilməsini həyata keçiririk. Bu il Bakıda sənaye və innovasiyalar üzrə Peşə Təhsili Mərkəzi istifadəyə verilib. Burada səkkiz ixtisas üzrə min tələbə təhsil alır”.

Ölkəmizin regionlarında da pilot layihəsi çərçivəsində peşə təhsili müəssisələrinin yaradılmasına başlandığını qeyd edən nazir müavini Cəlilabad rayonunun Göytəpə şəhərində peşə təhsili müəssisəsində tikinti işlərinin davam etdirildiyini diqqətə çatdıraraq bildirib: “Bu istiqamətdə fəaliyyətimizi beynəlxalq təşkilatlarla da əlaqələndirmişik. Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə sıx əlaqələrimiz mövcuddur. Cəlilabadda açılışında iştirak etdiyimiz emalatxana bu əməkdaşlığın nümunəsidir. Emalatxana müasir avadanlıqla təchiz edilib. Düşünürəm ki, bu peşə təhsili müəssisəsinin region üçün hazırladığı kadrlar əmək bazarına çıxış imkanları əldə edəcək, bütövlükdə ölkəmizin və regionun inkişafına töhfə verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.