REGİONLAR


İdris İsmayılov: Təkcə Ağdamda 64 mina hadisəsi baş verib

İdris İsmayılov: Təkcə Ağdamda 64 mina hadisəsi baş verib

Ağdam, 16 fevral, T.Ağaməmmədov, AZƏRTAC

Ağdamın 7 kəndi keçmiş təmas xətti ərazisinə düşür. 2 kilometrlik radiusda 49483 ədəd tank və piyada əleyhinə minalar var. Təhlükəsiz yaşayışı təmin etmək üçün bu ərazilər təmizlənməlidir. Örüş ərazilər hələ ki, təyin edilməyib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun Ağdamda keçirilən iclasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat idarəsinin rəisi İdris İsmayılov bildirib.

“Xudafərin kəndi ilə magistral yol arası 15-16 kilometrdir. Burada hər hansı yolun təmizlənməsi nəzərdə tutulmayıb. Soltanlı kəndində sənaye parkı yaradılacaq və bu yolda tank əleyhinə yüzlərlə mina var. Təkcə Ağdamda 64 mina hadisəsi baş verib. Ümumilikdə, 282 mina hadisəsi olub”, -  deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.