İQTİSADİYYAT
“İdxal-ixrac əməliyyatlarında maliyyə alətləri” mövzusunda vebinar keçiriləcək
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 13-də “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, “Kapital Bank” ASC və USAID Özəl Sektorun İnkişafı Layihəsinin birgə təşkilatçılığı ilə “İdxal-ixrac əməliyyatlarında maliyyə alətləri” mövzusunda vebinar keçiriləcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, vebinarın keçirilməsində əsas məqsəd ixrac işinin təkmilləşdirilməsi prosesində maliyyə alətlərinin tətbiqi imkanlarının müzakirəsidir.
Vebinar çərçivəsində COVID-19 pandemiyası dövründə kiçik və orta sahibkarların xarici bazarlara çıxışında həyata keçirilən islahatlar və təşviqlər, pandemiya və postpandemiya dövründə ixracatçıların xarici bazarda maliyyə itkisi ilə qarşılaşmaması üçün təklif edilən maliyyə alətləri, faktorinq, qarantiya və sair maliyyə alətlərinin ixracatçıların iş fəaliyyətinə gətirəcəyi üstünlüklər, ixracyönümlü fəaliyyətin qurulması zamanı idxal ediləcək avadanlıqlar üçün təklif edilən güzəştlər, kiçik və orta sahibkarların xarici tərəfdaşlarla əməliyyatlarda əməkdaşlıq zamanı maliyyə prosedurlarında güvən və etibarlılığın təmin edilməsi və sair istiqamətlərə toxunulacaq.
Vebinar saat 17:00-da keçiriləcək.
İştirak üçün link: https://us02web.zoom.us/j/84321373251