İdxal olunan ərzaqlıq kartof məhsulunda zərərverici aşkarlanıb
AzerTAg.az
Bakı, 31 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gürcüstandan “Elvin 060” MMC-nin idxal etdiyi “OOO GEO Export” şirkətinə məxsus 24 min 500 kiloqram ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici − kartof yumrularında halqavari çürümə aşkarlanıb.
Faktla əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.


Xəbərin mətnində orfoqrafik səhv var