İdxal olunmuş şirniyyat məhsulunun istehlaka yararsız olduğu aşkar olunub
AzerTAg.az
Bakı, 6 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Türkaz Ticaret” MMC-nin şirniyyat məhsuluna qida təhlükəsizliyi sertifikatının alınması ilə əlaqədar müraciəti əsasında idxal olunmuş şirniyyat məhsulundan götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılmış ekspertizası nəticəsində kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb.
Faktla əlaqədar agentlik tərəfindən 24.01.2022-24.01.2023-cü il tarixli, 024 partiya nömrəli, ümumi çəkisi 340 kiloqram “meliksakşah sultan” əmtəə nişanlı şirniyyat məhsulu partiyasının zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərar qəbul olunub. Həmin məhsul partiyası “Təhlükəli tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.


Xəbərin mətnində orfoqrafik səhv var