Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İdxalı ƏDV-dən azad edilən çap məhsullarının siyahısının təsdiqlənməsi mətbuatın iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsinə əhəmiyyətli təsir göstərəcək

İdxalı ƏDV-dən azad edilən çap məhsullarının siyahısının təsdiqlənməsi mətbuatın iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsinə əhəmiyyətli təsir göstərəcək

Bakı, 13 may, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin son 18 ildən artıq dövrdə azad mətbuatın inkişafı istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirsək, bu prosesin dövrün tələblərini özündə ehtiva etdiyini böyük əminliklə söyləyə bilərik. Söz və fikir azadlığı hər bir dövlətin, xalqın həyatında mühüm amil olmaqla yanaşı, onun inkişaf səviyyəsini göstərir. Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün təsisatların inkişafı, o cümlədən mətbuat azadlığı yüksək səviyyədə təmin olunub. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, artıq cəmiyyətin ayrılmaz bir parçasına çevrilən internetin azad olduğu ölkədə mətbuat azadlığının boğulmasından danışmaq mümkün deyil. Ölkəmizdə əhalinin 85 faizi internet istifadəçisidir. Mətbuat milli özünüdərkin bərqərar olmasında, yetişməkdə olan nəslə vətənpərvərlik hisslərinin aşılanmasında, azərbaycançılıq ideologiyasının, ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayır. Bütün dövrlər üçün aktuallığını qoruyan əsas məsələ budur ki, müasir dövrün yaratdığı imkanlardan maksimum bəhrələnərək müxtəlif dillərdə internet resursları yaratmaqla həqiqətlərimizin beynəlxalq arenada təbliğinə böyük töhfələr verməliyik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə Azərbaycanın diplomatik qələbəsinin rolunu nəzərə alarkən, bu işdə ictimai fikrə təsir imkanları böyük olan yazılı və elektron KİV-lərin payını da xüsusi qeyd etməliyik. Prezident İlham Əliyevin 44 günlük müharibə dövründə dünyanın 30-dan çox nüfuzlu media qurumlarına, o cümlədən televiziya kanallarına və informasiya agentliklərinə müsahibələrinin hər biri Azərbaycanın informasiya cəbhəsində də üstünlüyünün təqdimatı kimi dəyərləndirildi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə media sahəsində islahatların dərinləşdirilməsi mütləqdir. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma, tərəqqi deməkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlar bu nailiyyətləri məhz tərəqqi hesabına əldə ediblər. Söz və məlumat azadlığının təmin olunması sahəsində həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycan KİV-in sayına görə MDB və Şərqi Avropa ölkələri arasında ön sıralardadır. Ölkəmizdə beynəlxalq standartlara uyğun elektron və yazılı KİV formalaşıb. Azərbaycanda, həmçinin internet jurnalistikası da sürətlə inkişaf edir”.

V.Rəhimzadə bildirib ki, qeyd etdiklərimizin fonunda ölkə Prezidenti İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın əhəmiyyəti, aktuallığı daha aydın şəkildə görünür. Fərmanda da qeyd edildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır. Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Qurumun qısa dövrdə azad mətbuatın inkişafına yönələn addımları təqdirəlayiqdir. MEDİA-nın fəaliyyətində jurnalistlərin məsuliyyətinin və peşəkarlığının artırılması prioritet məsələdir. Bu baxımdan MEDİA-nın yarandığı gündən indiyədək həyata keçirdiyi biri-birindən əhəmiyyətli layihələr mətbuatın inkişafına xidmət edən addımlar kimi dəyərləndirilməlidir. Atılan bütün addımların əsasında cəmiyyətin informasiya tələbatının daha dolğun şəkildə ödənilməsi dayanır. Məhz bütün bunların sayəsində mətbu orqanların yaradıcılıq imkanlarını genişləndirməklə hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Mətbuat nümayəndələrinin, ümumilikdə, cəmiyyət üzvlərinin ümumi təklifləri əsasında beynəlxalq standartlara uyğun şəkildə hazırlanan “Media haqqında” yeni qanun layihəsi geniş müzakirələrdən sonra qəbul olundu. İctimai müzakirəyə verilən qanun layihəsi ilə bağlı təklif və iradların səslənməsi bir daha ölkəmizdə demokratik mühitin mövcudluğunu, hər kəsin öz fikirlərini azad şəkildə ifadə etmək imkanlarına malik olduğunu təsdiqlədi. “Media haqqında” yeni qanun layihəsi, eyni zamanda, beynəlxalq mütəxəssislərin də müzakirəsinə verildi. Bu da öz növbəsində Azərbaycan mətbuatının dünya informasiya məkanına inteqrasiyasının, ölkəmizin beynəlxalq təcrübəyə xüsusi önəm verməsinin göstəricisi hesab oluna bilər. Şübhə etmirəm ki, yeni qanundan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi ilə mətbuatın qarşısında geniş imkanlar açılacaq.

Baş redaktor bu uğurlar fonunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli Qərarına da diqqəti yönəldərək deyib: “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplekslərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə Qərara əsasən, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Yəni, məlum Qərara əsasən, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.

Vüqar Rəhimzadə 2021-ci ilin dekabrında dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqinin də Nazirlər Kabinetinə həvalə olunduğunu önə çəkərək bildirib ki, bu Qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı şəkildə azaltmaqla inkişafına təkan verəcək: “Ölkəmizin iqtisadi və maliyyə imkanlarının genişlənməsi bütün sahələrin, o cümlədən mətbuatın inkişafına, medianın iqtisadi müstəqilliyinin təmin olunmasına yönələn addımların davamlılığını şərtləndirir. Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik və 2022-ci il mayın 13-də imzalanan Qərar media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının təmin edilməsinin, bu sahədə tədbirlərin kompleks şəkildə həyata keçirilməsinin təzahürü olmaqla, çap mediası subyektlərinin, çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə, iqtisadi dayanıqlılığının artmasına öz müsbət təsirini göstərəcək.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, tarixi Zəfərimiz bütün sahələrin, xüsusilə cəmiyyətimizin güzgüsü olan mətbuatın qarşısında yeni tələblər qoyur. Bu tələblər öz növbəsində islahatlar prosesinin dərinləşdirilməsini, mətbuatın inkişafında əsas faktor olan iqtisadi müstəqilliyin daha da möhkəmləndirilməsini bir zərurətə çevirir. Ölkəmizin iqtisadi imkanları artdıqca hədəflərə yüksək səviyyədə və zamanında nail olmaq da qarşısıalınmaz prosesə çevrilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb