MƏDƏNİYYƏT


İğdırda “İrəvan rəsm sərgisi və tanıtma günləri”nə hazırlıq işlərinə başlanılıb VİDEO

Ankara, 13 fevral, AZƏRTAC

Türkiyənin İğdır şəhərində “İrəvan rəsm sərgisi və tanıtma günləri”nə hazırlıq prosesinə start verilib. Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsalın AZƏRTAC-a verdiyi məlumata görə, tədbir çox sayda yerli qeyri-hökumət təşkilatı tərəfindən birgə təşkil olunub.

Bu münasibətlə keçirilən mərasimdə Sərdar Ünsal, araşdırmaçı-yazıçı Coşkun Oluz, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acar və başqaları çıxış ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, tədbirin məqsədi İrəvan şəhəri daxil olmaqla, bölgə tarixi, mədəniyyəti, qədim ənənələri və dəyərlərini yaşatmaqdır. Hazırda İğdır daxil olmaqla, Türkiyənin şərq bölgəsinin əslən erməni olan sakinləri zaman-zaman Ermənistanda etnik təmizləməyə məruz qalıb, ölkələrini tərk etməyə məhkum olsalar da, öz mədəniyyətlərini qorumaqla gənc nəslə çatdırmağı mənəvi borc bilirlər.

“İrəvan rəsm sərgisi və tanıtma günləri”nə hazırlıq mərkəzində nümayiş ediləcək əsərlər saxta “erməni soyqırımı” iddialarını ifşa etmək üçün nəzərdə tutulur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.