CƏMİYYƏT


İğdırdakı Heydər Əliyev Liseyinin həyətində ağacəkmə aksiyası keçirilib

Ankara, 6 dekabr, AZƏRTAC

Dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında 650 min ağac əkilməsi aksiyasına dəstək məqsədilə İğdırdakı Heydər Əliyev Liseyinin həyətində də aksiya keçirilib.

Tədbir AZƏRTAC-ın Türkiyə bürosu və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşəbbüsü ilə təşkil olunub.

Akasiyada İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar və dərnəyin üzvləri, İğdır vilayətinin Meşəçilik idarəsinin müdiri Taner Tazegün, Heydər Əliyev Liseyinin müdiri Hikmet Ulaş, o cümlədən liseyin müəllim və şagirdləri iştirak ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.