MƏDƏNİYYƏT


“İgidlər” adlı videoçarx kitabxanaya təqdim edilib

Bakı, 10 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində “Qızıl Qələm” media mükafatçısı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatı laureatı, şairə Nəsibə İsrafilqızı yeni videoçarx təqdim edib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxanaya təqdim olunan videoçarx Qarabağın azad olunmasında şücaətlə vuruşan igidlərə həsr olunub. Videoçarxda həmçinin Əməkdar artist Gülüstan Əliyevanın ifasında “İgidlər” mahnısı səslənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.