CƏMİYYƏT


İgidlərimizin qanı hesabına geri alınmış müqəddəs torpaqları, Vətəni göz bəbəyi kimi qorumalıyıq

Şuşa, 14 sentyabr, Leyla Qurbanova, AZƏRTAC

Qarabağın ürəyi Şuşaya qədəm basanda çox kövrəldik. İgidlərimizin qanı hesabına geri alınmış bu müqəddəs torpaqları, Vətəni göz bəbəyi kimi qorumalıyıq.

Bu sözləri gənc fəal Əkbər Manafov Şuşada AZƏRTAC-a müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin iradəsi, cəsarəti xalqımızın ən böyük arzusunu reallığa çevirib. Biz əzəli, dədə-baba torpağımıza qayıtmışıq.

Şuşada ermənilərin törətdikləri vəhşiliklərin onları dəhşətə gətirdiyini bildirən Ə.Manafov qısa müddət ərzində Qarabağın, Şuşanın dirçələcəyinə, inkişaf edəcəyinə əmin olduğunu bildirib: “Şuşaya ayaq basan andan erməni barbarlığının, talançılığının şahidi olduq. 30 ilə yaxın müddət ərzində ana yurdumuzun necə viran qoyulması bizi dəhşətə gətirdi. Mənfur düşmən az qala şəhəri xarabazara döndərib. Bütün bunlara baxmayaraq Şuşa tamamilə dağılmayıb, ayaq üstə durub, əsl sahiblərini gözləyib”. Əkbər Manafov xalqımızın öz əzəli torpaqlarına qayıtması ilə, həm də, tarixinə, mədəniyyətinə, milli dəyərlərinə, ənənələrinə sahib çıxdığını deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.