CƏMİYYƏT
İki adda bioloji fəallığa malik qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Bioloji fəallığa malik qida əlavələrinin idxalı “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2018-ci il iyulun 16-da, ekspertizası isə 2018-ci il iyulun 10-da verdiyi Qərarla təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin bu sahədəki fəaliyyətləri ilə bağlı müraciətlərə operativ və kollegial qaydada baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyanın sentyabrın 14-də və sentyabrın 17-də keçirilən iclasında ümumilikdə 54 müraciətə baxılıb.
Müraciət əsasında idxal olunan 52 bioloji fəallığa malik qida əlavəsi sertifikatlaşdırılıb, 2 bioloji fəallığa malik qida əlavəsinin isə sertifikatlaşdırılmasından imtina edilib.