İki ayda 29,6 milyon manatlıq kompüter, elektron və optik məhsullar istehsal edilib
AzerTAg.az

Bakı, 17 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında kompüter, elektron və optik məhsulların istehsalı artıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, iki ay ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 29,6 milyon manatlıq məhsul istehsal olunub. 2020-ci ilin müvafiq ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 3 dəfə artıb, elektrik avadanlıqlarının istehsalı isə 6,2 faiz artıb.
Hesabat dövründə ötən ilin yanvar-fevral aylarına nisbətən stolüstü kompüterlərin istehsalı 28,3 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 42,1 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı isə 4 faiz çoxalıb.
Xəbərin mətnində orfoqrafik səhv var