İQTİSADİYYAT


İki ayda dəniz nəqliyyatı ilə daşınan yüklərin dəyəri 99 milyon dollardan çox olub

Bakı, 19 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 122 min 247 ton yük daşınıb ki, bu yüklərin dəyəri 99 milyon 161 min ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, iki ay ərzində dəniz nəqliyyatı ilə ixrac olunan 51 min 225 ton yükün dəyəri 24 milyon 509 min dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 71 min 21 ton, dəyəri isə 74 milyon 651 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.