İQTİSADİYYAT


İki ayda hər bir ölkə sakini 134,5 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

Bakı, 19 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq 1 milyard 327,7 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 971,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,2 faizini təşkil edib.

İki ayda hər bir ölkə sakini orta hesabla 134,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Fevral ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri yanvar ayına nisbətən 0,2 faiz, yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 3,5 faiz bahalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.