İQTİSADİYYAT


İki ayda ölkəyə 11,1 min avtomobil idxal olunub

Bakı, 31 mart, AZƏRTAC

Yanvar-fevral aylarında Azərbaycana 125 milyon 433 min ABŞ dolları dəyərində 11 min 145 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 87-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 10 min 340-ı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 668-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 50-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.