CƏMİYYƏT


İki aylıq körpə əməliyyat edilərək həyata qaytarılıb

Bakı, 14 avqust, AZƏRTAC

Urosepsis sidik yolu infeksiyalarının müalicə edilməməsi və inkişafı səbəbindən yaranan xəstəlikdir. Xəstəlik böyük təhlükə yaratdığına görə erkən müdaxilə və müalicə çox əhəmiyyətlidir. Müalicə edilməməsi isə ağır sepsis, septik şok, poliorqan çatışmazlığı, hətta ölümlə nəticələnə bilər.

İki aylıq körpə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə urosepsis diaqnozu ilə qəbul edilib və onun üzərində mürəkkəb cərrahiyyə əməliyyatı uğurla icra olunub.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat urologiya və transplantologiya sahəsində cərrah-uroloq, tibb elmləri namizədi Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Həkimlər təcili reanimasiya tədbirləri nəticəsində intensiv müalicə apararaq sonra sidik axarlarında mürəkkəb rekonstruktiv əməliyyat icra ediblər. Onların səyi ilə əməliyyat uğurla keçib və körpənin həyatı xilas edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.