İQTİSADİYYAT


İki brend bir arada – “BirKart Umico” kartını qarşılayın!

“Kapital Bank” “Competo” şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni ko-brend “BirKart Umico” kartını təqdim etdi. Adi keşbek kartlarından fərqli olaraq bu kart sahibinə ikiqat üstünlüklər və ikiqat keşbek qazandırır. 

“BirKart Umico” vasitəsilə müştərilər həm “BirKart”ın nağdsız ödənişlərdən verdiyi, həm də “Umico” proqramının daxili partnyor şəbəkəsində aparılan alış-veriş əməliyyatlarından verdiyi keşbek məbləğini qazanırlar. Qazanılan keşbeklər müştərinin “Umico” hesabında toplanılır. Yeni “BirKart Umico” debet, eləcə də taksit kartı kimi istifadə oluna bilər, yəni müştərilər yeni kart vasitəsilə “BirKart”ın taksit imkanlarından da yararlana bilərlər. “BirKart Umico” debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur.

Həmçinin 1 milyondan artıq yüklənən və ölkənin ən məşhur tətbiqi olan “BirBank”da istifadəçilər üçün xüsusi bölmə yaradılıb ki, bunun vasitəsilə müştərilər “Umico”dakı bonuslarını izləyə bilərlər.

Qeyd edək ki, “BirKart”ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və “Umico”. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən 30 faizədək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az  saytına, 196 Sorğu Mərkəzinə və ya kartın “Facebook” səhifəsinə www.facebook.com/birkart.az  müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün, həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.