MƏDƏNİYYƏT


İki dəfə Pulitser mükafatı laureatı Uilyam Mervin 91 yaşında vəfat edib

Bakı, 16 mart, AZƏRTAC

Amerika şairi, iki dəfə Pulitser mükafatı laureatı Uilyam Mervin həyatının 92-ci ilində Havay adalarındakı evində vəfat edib. AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzeti “Copper Canyon Press” nəşriyyatının mətbuat katibinə istinadla məlumat yayıb.

U.Mervin ABŞ-ın ən böyük şairlərindən biri sayılırdı. O, 1971-ci və 2009-cu illərdə Pulitser mükafatına layiq görülüb. 2010-2011-ci illərdə ABŞ-ın laureat şairi adlandırılıb.

U.Mervin öz ilk şeirlər toplusunu 20 yaşından sonra çap etdirib. Yaradıcılıq həyatı boyu onun təqribən 30 şeir toplusu, o cümlədən Dante Aliqyeri, Pablo Neruda, Osip Mandelştam və digər dünya şöhrətli şairlərin əsərlərindən tərcümələri nəşr olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.