SİYASƏT


İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyinə həsr olunan tədbir keçirilib

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, N hərbi hissəsində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr edilən tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Çıxış edənlər iki dəfə Sovet İttifaqı Qəhrəmanının şərəfli döyüş yolundan danışaraq Həzi Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd ediblər. Qəhrəmanın hərbi xidmətlərindən söhbət açılıb və görkəmli sərkərdənin ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğu bildirilib.

Mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd etməsi və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalaması bir daha xatırlanıb. Bu ənənənin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirildiyi də xüsusi vurğulanıb.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin musiqi proqramı ilə sona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.