MƏDƏNİYYƏT
“İki dost-iki tale” adlı tədbir keçirilib
Bakı, 24 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Noyabrın 24-də Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarla görkəmli dramaturq Hüseyn Cavidin dostluğuna həsr edilmiş “İki dost-iki tale” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcov hər iki şəxsiyyətin dostluğundan söhbət açıb. Bildirib ki, Azərbaycan musiqi tarixində Üzeyir Hacıbəylinin müstəsna rolu olduğu kimi, ədəbiyyat tariximizdə də Hüseyn Cavidin özünəməxsus yeri var. O, hər iki sənətkarın Azərbaycan musiqisi və mədəniyyətindəki xidmətlərindən geniş söz açıb.
Çıxış edənlər həm də bu iki şəxsiyyətin yaxın dostluq əlaqələrindən danışıblar. Repressiyaya məruz qalan Cavid əfəndinin ailəsinə Üzeyir bəyin yaxından kömək göstərdiyini, oğlu Ərtoğrula hamilik etdiyini, ailəsinə doğma münasibəti olduğunu söyləyiblər.
Sonda Cavidin sözlərinə bəstələnmiş musiqi və Üzeyir bəyin əsərləri səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 19.04.2024 [11:14]
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
- 19.04.2024 [10:52]