Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İki dövlətin səmərəli əməkdaşlığının bariz nümunəsi: Azərbaycana Çin vaksinlərinin növbəti partiyası gətirilib VİDEO

Bakı, 1 aprel, Əziz Məmmədov, AZƏRTAC

Aprelin 1-də Çindən Azərbaycana vaksinlərin növbəti partiyası gətirilib.

Çinin “Sinovac” şirkətinin istehsal etdiyi 500 min doza “CoronaVac” peyvəndini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

AZƏRTAC xəbər verir ki, vaksini gətirən təyyarəni Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Ramiz Həsənov, Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min, səhiyyə nazirinin müavini Viktor Qasımov və digər rəsmilər qarşılayıb.

Ramiz Həsənov jurnalistlərə açıqlamasında Çindən vaksin almağın və onun ölkəyə gətirilməsini önəmli hadisə olduğunu bildirib: “Çinlə Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən, COVID-19 pandemiyasına qarşı istifadə üçün ilk peyvənd partiyasını qəbul edirik. Bu, çox önəmli hadisədir.

Xarici işlər nazirinin müavininin sözlərinə görə, beynəlxalq aləmdə peyvəndlər ədalətsiz şəkildə bölüşdürülür və belə bir vəziyyətdə vaksin ölkəmizə vaxtında gətirilib: “Bu da Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsidir. Dövlət başçısı bu məsələni ilk gündən xüsusi nəzarətə götürüb. Hətta 44 günlük müharibə vaxtı da bu məsələ Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətində qalmaqda olub. Prezidentin bu sahədə beynəlxalq təşəbbüsləri də olub. Həmin təşəbbüslər qətnamə və sənədin qəbul edilməsi ilə nəticələnib. Ötən ilin mayından Qoşulmama Hərəkatına Azərbaycan Prezidenti sədrlik edir. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirildi. Onun davamı olaraq isə keçən ilin dekabrında BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiya təşkil olundu. Bu da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmişdi. Bu ilin martında isə BMT-nin İnsan hüquqları şurasının 46-cı sessiyasında bu məsələ müzakirəyə çıxarılmışdı. Həmçinin qətnamə də qəbul olunub. Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir”.

Öz növbəsində səfir Qo Min 1992-ci il aprelin 2-də Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasını hər iki ölkənin tarixində yeni vacib bir səhifə açdığını vurğulayıb: “İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümü ərəfəsində Çindən Azərbaycana gətirilən COVID-19 xəstəliyi əleyhinə peyvəndlərin ilk partiyasının qarşılanması mərasimi xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Prezident İlham Əliyevin şəxsi qayğısı və dəstəyi sayəsində Çin və Azərbaycan arasında olan dostluq və əməkdaşlıq münasibətləri sürətlə inkişaf edir, siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, eləcə də "Bir kəmər və bir yol"un birgə inşası üzrə əməkdaşlıq iki xalq üçün praktik fayda gətirərək səmərəli nəticələr verir. Xüsusilə 2020-ci ildə pandemiya baş verdikdən sonra Çin və Azərbaycan birləşib yaranan çətinliklərin öhdəsindən gəlmək üçün bir-birlərinə kömək edərək, güclü mənəvi dəstək verdilər və vaxtında maddi yardım göstərdilər, mühüm təcrübə ilə paylaşdılar, pandemiyaya qarşı mübarizədə beynəlxalq aləmdə yaxından çalışdığını ifadə edərək, iki ölkə arasındakı dərin dostluğu tam nümayiş etdirdilər. Atalar sözündə də deyildiyi kimi "Dost yaman gündə tanınar".

Hazırda pandemiyaya qarşı qlobal mübarizədə kritik bir mərhələyə qədəm qoyulub. Peyvəndlərin çatışmazlığı və onların qeyri-bərabər paylanması bütün dünyada mövcuddur, proteksionizm və ikili standartlar peyvəndlərin paylanmasında da geniş yayılıb. Bəşəriyyətin ümumi taleyinə dair cəmiyyətqurma konsepsiyasına sadiq qalaraq Çin, COVID-19 xəstəliyinin əleyhinə olan peyvəndlərin bütün dünya üçün əlçatan olacağını və beləliklə, inkişaf etməkdə olan ölkələrdə peyvəndlərin əldəetmə imkanına malik olması ilə bağlı layiqli töhvə verəcəyini vəd edən ilk ölkə olub.

Pandemiyanı ən qısa müddətdə məğlub etmək üçün, Azərbaycana kömək etmək naminə Çin hökuməti yaxın vaxtlarda Azərbaycanı təmənnasız olaraq yeni partiya Çin peyvəndi ilə təmin edəcək və Çindən peyvəndlərin alınmasında Azərbaycan tərəfini qətiyyətlə dəstəkləyəcək.

Çin və Azərbaycan sadiq dostlar və etibarlı tərəfdaşlardır. Pandemiyaya qarşı mübarizədə Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə, bəşəriyyət üçün ümumi səhiyyə birliyinin qurulmasında səyləri birləşdirməyə və Çin ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə qaldırmağa hazırıq”.

Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib: “Azərbaycan Çinlə səmərəli əməkdaşlıq edir və bu gün bunun bariz nümunəsini görürük. Virusla mübarizədə ən effektiv üsul peyvəndləmədir. Hazırda 550 mindən çox insan peyvənd olunub. Vaksinasiyanı sürətləndirmək üçün 5 milyon dozalıq peyvəndin mərhələli gətirilməsi prosesi davam edir. Bu gün 500 min doza gətirildi. Sürətli peyvəndləmə davam etsə, ölkədə epidemioloji vəziyyət stabilləşə bilər”.

İki dövlətin səmərəli əməkdaşlığının bariz nümunəsi: Azərbaycana Çin vaksinlərinin növbəti partiyası gətirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyil

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY