MƏDƏNİYYƏT


İki gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Televiziyasında ekstrim idman növlərinə həsr olunmuş yeni layihə başlayır.

AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Şəhərdənkənar” adlı layihənin ərsəyə gətirilməsində məqsəd idmanın, sağlam həyat tərzinin insanların həyatında vacib yer tutduğunu bir daha diqqətə çatdırmaq, insanları fəal istirahətə təşviq etməkdir.

Ekstrim idman növləri ilə məşğul olan Fərhad Davidov, Natiq Yusiflinin birgə hazırladığı veriliş aprelin 18-dən etibarən hər bazar günü saat 10:00-da AZTV-də yayımlanacaq.

Aparıcılar ölkəmizin müxtəlif regionlarında aktiv istirahət üçün hər bir şəraitin olduğunu tamaşaçılara çatdıracaq.

Hər verilişdə mövzuya uyğun olaraq maarifləndirmə və məlumatlandırma yeni layihənin əsas məqsədlərindəndir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.