İDMAN


İki gənc güləşçimiz Rusiyada xatirə turnirinin finalına yüksəlib

Bakı, 1 may, AZƏRTAC

Rusiyanın Yakutsk şəhərində Olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri start götürüb.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışın ilk günündə finalçılar müəyyənləşib.

Murad Haqverdiyev (57 kq) iki Rusiya güləşçisinə qalib gələrək dörddəbir finala yüksəlib. Ancaq yarımfinala gedən yolda digər yerli idmançıya məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Sabir Cəfərov (65 kq) iki rəqibi üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb.

Digər güləşçimiz Cəbrayıl Hacıyev (70 kq) ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanıtmayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan C.Hacıyev finala vəsiqə qazanıb. Hər iki güləşçimiz qızıl medal uğrunda görüşdə Rusiya idmançısı ilə qarşılaşacaq.

Qeyd edək ki, final qarşılaşmaları bu gün keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.