İDMAN


İki güləşçimiz dünya çempionu olub

Bakı, 30 iyul, AZƏRTAC

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.

Vasif Bağırov (48 kq) qazaxıstanlı Ramil Rassim (11:0) və hindistanlı Kumar Lalitə (7:4) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə amerikalı Kastilyonu 5:3 hesabıyla üstələyən Vasif dünya çempionu olub.

Camal Abbasov (55 kq) debütdə qırğızıstanlı Zalkarbek Tabaldiyevə uduzub – 9:12.

İlyas İsayev (65 kq) iranlı Məhəmməd Mamivand (3:0), türkmənistanlı Alp Arslan Beqenyov (5:2), qazaxıstanlı Aikin Bolatuli (8:4) və gürcüstanlı Qoqa Otunaşvili (8:4) üzərində qələbə qazanaraq finala adlayıb. İlyas həlledici görüşdə amerikalı Tayler Kasaka 5:3 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Şəmistan Axundov (80 kq) ilk görüşdə italiyalı Mirko de Niçiloya (11:0) qalib gəlsə də, 1/8 finalda hindistanlı Mor Saçinə (0:7), təsəlliverici görüşdə isə moldovalı Aleksandru Barsa (0:11) uduzub.

Yusif Dursunov (110 kq) türkiyəli Taha Temeli (5:2) mübarizədən kənarlaşdırsa da, özbəkistanlı Hikmətulla Qurbanova minimal fərqlə uduzub – 7:8.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.