İDMAN


İki güləşçimiz dünya reytinqində liderdir

Bakı, 5 dekabr, AZƏRTAC

Dünya Güləş Birliyi (UWW) reytinq siyahısını yeniləyib.

AZƏRTAC xəbər verir ki, dünya və Avropa çempionatları, “Qran-pri” turnirləri və başqa reytinq xalı verən yarışlarda qazanılan nəticələrə əsasən, tərtib olunan siyahıda iki güləşçimiz liderlik edir. Bunlar qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) və yunan-Roma güləşi üzrə millimizin gənc üzvü İslam Abbasovdur (87 kq).

M.Stadnikin 111, Abbasovun isə 89 xalı var. Cəbrayıl Həsənov (79 kq), Eldəniz Əzizli (55 kq) və Rəsul Çunayev (72 kq) ikinci pillədə qərarlaşıblar. Ümumilikdə ilk onluqda 16, ilk iyirmilikdə isə 29 güləşçimiz yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.