ELM VƏ TƏHSİL
İki gün ərzində imtahanlarda 40 mindən artıq abituriyent iştirak edib
Bakı, 22 may, AZƏRTAC
İki gün ərzində keçirilən imtahanlarda 40 mindən çox yaxın abituriyent iştirak edib. İmtahanlar 17 rayonda 187 imtahan binasında təşkil edilib. İmtahanlar zamanı rast gəlinən problemləri iki istiqamətə ayırmaq olar. Buraxılış rejimi zamanı və imtahan prosesində olan problemlərdir. Buraxılış rejimində abituriyentlərin təqdim etdikləri sənədlərdə çatışmazlıqlar olur. İki gün ərzində imtahan binasına mobil telefon gətirmiş 13 nəfər müəyyən olundu. Onların imtahan nəticələri ləğv edildi. Onların ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq.
AZƏRTAC xəbər verir ki, bunu DİM-in təşkil etdiyi canlı yayımda Metodiki təminat və təlimlər şöbəsinin müdiri Adıgözəl Həbibov səsləndirib. Canlı yayımda həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat verilib.
Xatırladaq ki, mayın 21-də III ixtisas qrupu, mayın 22-də II ixtisas qrupu üzrə qəbul, eləcə də III ixtisas qrupunda DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənnindən imtahanlar keçirilib.