DÜNYA


İki ildə İstanbulun yeni hava limanından 72 milyondan çox sərnişin istifadə edib

İstanbul, 12 noyabr, AZƏRTAC

Türkiyə tarixinin ən böyük layihələrindən biri olan İstanbulun yeni hava limanının istifadəyə verilməsindən iki il ötür. Bu müddət ərzində dünyanın ən böyük aeroportlarından biri olan İstanbul hava limanından 72 milyon 95 min 138 sərnişin istifadə edib.

AZƏRTAC xəbər verir ki, bu sərnişinlərdən 52 milyon 966 min 610-u xarici, 19 milyon 128 mini isə daxili reyslərdən istifadə edib. Pandemiyaya baxmayaraq, ötən 2 il ərzində İstanbul hava limanından 485 min 971 reys həyata keçirilib ki, onların da 351 min 800-ü xarici reyslər olub.

Ümumilikdə 76,5 milyon kvadratmetr ərazidə inşa edilən aeroport bir çox sahələr üzrə dünyada ilklərə imza atıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.