CƏMİYYƏT
İki kiloqramdan çox narkotik vasitəni satan şəxs cinayət başında yaxalanıb
Bakı, 26 dekabr, AZƏRTAC
Narkotik vasitə satan şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonunda keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hindarx qəsəbə sakini Elman Səmədov çəkisi iki kiloqramdan çox narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanıb.
Əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları şəhər sakini Zaur Əlizadədən 430 qram, 4-cü polis bölməsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əsgərovdan 325 qram marixuana götürüblər.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]