İQTİSADİYYAT


İki marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilib

Bakı, 12 oktyabr, Elvin Camalov, AZƏRTAC

İki marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri Səbail rayonu Badamdar şosesində (Badamdar - 20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.

Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.