CƏMİYYƏT
İki min manata silah satmaq istəyən şəxs saxlanılıb VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində əməliyyat tədbiri həyata keçirərək odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxsi zərərsizləşdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Zəngilan Rayon Polis Şöbəsinə Rəşad adlı şəxsin odlu silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində o, “Naqan” tipli tapançanı 2 min manata satan zaman polislər tərəfindən saxlanılıb. Araşdırma zamanı silah satışı ilə məşğul olan şəxsin Sumqayıtda doğulan Laçın rayon sakini Rəşad Gülcumalı olduğu müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.