İDMAN


İki qadın güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib

Bakı, 13 fevral, AZƏRTAC

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın dördüncü günündə - fevralın 13-də qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qoşulub.

Millimizin üzvü Tatyana Varansova (53 kq) ilk görüşdə İspaniya təmsilçisi ilə üz-üzə gəlib. Mingəçevir güləş məktəbinin yetirməsi hesabda 2:5 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb. Ancaq 1/8 finalda Hollandiya güləşçisi qarşısında aciz qalıb.

Alyona Kolesnik (57 kq) gözlənilmədən ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub. Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova (65 kq) startda dünya və ikiqat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə olduğu analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib.

Tatyana Omelçenko (62 kq) təsnifat mərhələsində italyan güləşçiyə qalib gəlib. Yığmamızın üzvü daha sonra Macarıstan təmsilçisini üstələyərək adını yarımfinala yazdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.