İDMAN


İki qadın güləşçimiz U-23 dünya çempionatında mübarizə aparıb

Bakı, 3 noyabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda güləş üzrə U-23 dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündə - noyabrın 3-də 2 qadın güləşçimiz mübarizəyə qoşulub.

Təmsilçimiz Şəhanə Nəzərova (50 kq) debütdə Çin Taypeyindən olan rəqibinə məğlub olub. Yarışa dörddəbir finaldan qoşulan Elnurə Məmmədova (55 kq) isə türkiyəli güləşçiyə uduzub.

Qeyd edək ki, bu gün iki yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq. Həsrət Cəfərov (67 kq) finalda İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə üz-üzə gələcək. Ülvi Qənizadə (72 kq) isə bürünc medal uğrunda digər iranlı idmançı Amir Abdi ilə güləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.