REGİONLAR
İki rayonda 2200 hektar ərazidə pambıq sovkasına qarşı tədbirlər görülüb
Bakı, 24 iyul, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Abşeron Rayonlararası Bioloji Laboratoriyasının təşkilatçılığı ilə Kürdəmir və Ağdam rayonlarında pambıq sovkasının ikinci nəslinə qarşı bioloji mübarizə tədbirlərinin ikinci mərhələsi başlayıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Xidmətinin Kürdəmir Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən “Kürdəmir pambıq” ASC-yə məxsus 150 hektar pambıq sahəsində, “Kürdəmir Pambıq Aqro” MMC-yə məxsus 300 hektar sahədə və “Kürdəmir MTK”-yə məxsus 100 hektar pambıq sahəsində həyata keçirilən bioloji mübarizə zamanı pambıq sovkasının tüfeylisi (paraziti) sayılan habrobrakon minicisindən istifadə olunub.
Kürdəmir rayonunda Ağaisə Kərimova məxsus 90 hektar, Murad İsmayılova məxsus 15 hektar, Etibar Vəlicanova məxsus 10 hektar, Mübariz Hacıyevə məxsus 30 hektar, “Kürdəmir MTK”-ya məxsus 220 hektar, Arzu Yəhyayeva məxsus 30 hektar, Mahir Qəribova məxsus 237 hektar, Təran Kərimova məxsus 65 hektar, Cahan Zülfiqarova məxsus 30 hektar, Allahyar Lətiyarova məxsus 10 hektar, Seymur Hacıyevə məxsus 20 hektar, Vəkil Məmmədova məxsus 30 hektar, Namiq Hacıyevə məxsus 8 hektar, Ariz İsmayılova məxsus 5 hektar (ümumilikdə 800 hektar) pambıq sahəsinə pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə habrobrakon və trixoqramma həşəratları paylanılıb.
Qeyd edək ki, bioloji mübarizə tədbirləri təkrar aparılır.
İyulun 19-da Ağdam rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri 500 hektarda pambıq sahəsində pambıq sovkasının tırtıllarına qarşı habrobrokan minicisi ilə, 200 hektarda isə pambıq sovkasının yumurtalarına qarşı yumurtayeyən trixoqramma tüfeylisi ilə bioloji mübarizə tədbirləri həyata keçiriblər.
Hazırda hər iki rayonda bioloji mübarizə tədbirləri davam etdirilir.