İDMAN


İki rusiyalı üzgüçünün Olimpiadada çıxışına qadağa qoyulub

Bakı, 16 iyul, AZƏRTAC

Beynəlxalq Üzgüçülük Federasiyası Olimpiadada iştirak etməli olan iki rusiyalı üzgüçünün çıxışına qadağa qoyub.

AZƏRTAC xəbər verir ki, söhbət Veronika Andrusenko ilə Aleksandr Kudaşevdan gedir. Hər iki idmançı antidopinq qaydalarını pozmaqda ittiham olunur.

A.Kudaşev Olimpiadada 200 metr məsafəyə batterflay, V.Andrusenko isə sərbəst üsulla estafet yarışlarında mübarizə aparmalı idi.

Rusiya Milli Olimpiya Komitəsi məsələ ilə bağlı bəyanat yayaraq üzgüçüləri sona qədər müdafiə edəcəyini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.