İQTİSADİYYAT


İki şirkətin qiymətli kağızları Bakı Fond Birjasında ticarətə buraxılıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "İmişli-Yağ-Pendir" ASC və "Mingəçevir-Balıq" ASC-nin adi səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hər iki şirkətin qiymətli kağızlarının ilkin ticarət qiyməti 2 manatdır. "İmişli-Yağ-Pendir" və "Mingəçevir-Balıq" ASC-lər oktyabrın 12-də ticarətə buraxılır.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.