İQTİSADİYYAT


İki yerdə müəllim işləyən vətəndaşın vergi öhdəliyi necə tənzimlənir?

Bakı, 17 may, AZƏRTAC

Dövlət müəssisəsində çalışan müəllimlərin muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirlərindən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, həmin maddənin müddəalarına əsasən muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin (o cümlədən əməkhaqqının) 2.500 manatadək olan hissəsindən 14 faiz, 2.500 manatdan çox olduqda isə 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur.

Bununla yanaşı, Vergi Məcəlləsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Həmçinin qeyd olunan vergi güzəştləri yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.