CƏMİYYƏT


İkiaylıq körpə üzərində mürəkkəb rekonstruktiv əməliyyat aparılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Körpələrdə sidik axarının obstruksiyası və defekti ciddi anadangəlmə qüsurlardandır. Ona erkən müdaxilə olunmaması sidik yolu infeksiyalarının inkişafına və böyrək çatışmazlığına aparıb çıxara bilər. Urosepsis sidik yolu infeksiyalarının müalicə edilməməsi və inkişafı səbəbindən yaranan xəstəlikdir və tibbi müdaxilə olunmadıqda hətta ölümlə nəticələnə bilər.

Müalicə üçün Respublika Müalicəvi Diaqnostika Mərkəzinə aparılan ikiaylıq körpədə insan həyatı üçün böyük təhlükə yaradan bir neçə uroloji problem mövcud olub.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konsilium və intensiv müalicələrdən sonra onun üzərində təcili əməliyyat aparılmasına qərar verilib və çox mürəkkəb rekonstruktiv əməliyyat uğurla başa çatıb.

Əməliyyat cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə aparılıb və hazırda körpənin vəziyyəti yaxşıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.