REGİONLAR


İkili diplom proqramı layihəsinin iştirakçıları üçün konsert proqramı təşkil edilib

Gəncə, 13 may, Elcan Məmmədov, AZƏRTAC

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı layihəsi çərçivəsində dərs keçən müəllim və təhsil alan tələbələr üçün konsert proqramı təşkil edilib.

Konsertdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin rektoru, professor Necdet Budak, Ege Universitetinin bir qrup müəllimi, ADAU rəhbərliyi, ikili diplom proqramı layihəsində təhsil alan tələbələr iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdən əvvəl çıxış edən İbrahim Cəfərov və Necdet Budak layihənin uğurla davam etdiyini vurğulayıb, bu proqram çərçivəsində təhsil alan tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişəcəklərindən əmin olduqlarını deyiblər.

Sonra Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin hazırladığı konsert proqramı tədbir iştirakçılarına təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.